BAKI, 9 may. TELEQRAF

Bu gün Macarıstan parlamentində Baş nazir seçilən Peter Madyar Prezident Tamaş Şuyoku dərhal istefa verməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, dövlət başçısını “demokratik proseslərə maneə” adlandırıb.

“Tamaş Şuyok Macarıstanın demokratik yenilənməsinə mane olmamalı və mayın 31-dən gec olmayaraq istefa verməlidir”, - Madyar bildirib.

Baş nazir prezidenti Konstitusiyanın və qanunun aliliyinin qarantı olmaq əvəzinə, hökumətin sosial, siyasi və maliyyə sahələrində sui-istifadə hallarının qarşısını ala bilməməkdə günahlandırıb.