BAKI, 9 may. TELEQRAF

Bu gün Rusiya Silahlı Qüvvələri tərəfindən Xarkov vilayəti istiqamətində hücum əməliyyatı baş verməyib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Birgə Qüvvələr Qrupunun sözçüsü Viktor Trequbov məlumat verib.

“9 may etibarilə Rusiya qoşunları Birgə Qüvvələr Qrupunun məsuliyyət zonasında hücum əməliyyatları aparmayıb”, - o bildirib.

Trequbov əlavə edib ki, Rusiya ordusu fasilədən yenidən qruplaşma, rotasiya və logistika üçün istifadə edirlər.