BAKI, 9 may. TELEQRAF

“Bütün dünyanın gözü bu gün Mehridədir və bizim kimi eyni həyəcanla gözləyir”.

Teleqraf xəbər verir ki, bunu Mehridə seçiciləri ilə görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz Mefrini Prezident Trampla, Prezident Putinlə, Prezident Makronla, Prezident Ursula fon der Leyen və Prezident Koşta ilə müzakirə edirik. Hamı bu yolun (“Tramp Marşrutu”) nə vaxt tikiləcəyi barədə düşünür. Hamı Mehrinin qlobal yol qovşağı statusuna qayıtmasını gözləyir”, - Baş nazir bildirib.