BAKI, 9 may. TELEQRAF
Əgər Bəhreyn ABŞ-nin qərarlarını dəstəkləsə, Hörmüz boğazı onlar üçün də bağlanacaq.
Teleqraf xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici İşlər Komissiyasının rəhbəri İbrahim Əzizi bildirib.
Bəhreyndə SEPAH-la əlaqədar 41 nəfərin saxlanılmasına münasibət bildirən İ.Əzizi Manama administrasiyasını ittiham edib.
"Bəhreyn kimi mikrodövlətlər də daxil olmaqla hökumətlər ABŞ-nin qərarlarını dəstəkləsələr, ciddi nəticələrlə üzləşəcəklər. Hörmüz boğazı həyati əhəmiyyət kəsb edir. Onu özünüzə əbədi olaraq bağlı etməyin".