BAKI, 9 may. TELEQRAF
Macarıstan seçkilərində qalib gələn “Tis”a partiyasının sədr müavini Aqnes Forsthöffer yeni parlamentin ilk iclasında onun sədri seçilib.
Teleqraf xəbər verir ki, gizli səsvermə zamanı 193 parlament üzvü onun namizədliyinin lehinə, 2 nəfər isə əleyhinə səs verib.
Milli televiziyada canlı yayımlanan iclasda Forsthöffer ölkənin ali qanunvericilik orqanının yeni sədri kimi and içib.
Xatırladaq ki, parlament həmçinin “Tisa”nın sədri Peter Madyarı ölkənin yeni Baş naziri seçib.