
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Kodeks Alimentarius Milli Komitəsinin 2015-2017-ci illlər üçün fəaliyyət planı və qida məhsulları standartlarının müzakirəsi ilə bağlı iclas keçirilib.
Komitədən Teleqraf.com-a bildiriblər ki, iclasda mütəxəssislər dünyanın inkişaf etmiş ölkələrində qida təhlükəsizliyinin ən vacib amillərdən biri olduğuna diqqət çəkiblər. Çıxış edənlər qida məhsulları standartları sırasında Kodeks Alimentarius standartlarının vacibliyini xüsusi vurğulayaraq onunla bağlı sənədlərin ölkəmizdə tətbiqi imkanları haqqında fikirlərini bölüşüblər.
Tədbirdə yeni hazırlanmış “Nar”, “Şokolad və şokolad məmulatları”, “Buğda unu”, “Kərə yağı”, “Zeytun yağı və cecələrdən çəkilmiş zeytun yağı”, həmçinin “Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər”, “Qida gigiyenasının ümumi prinsipləri-tövsiyyə edilən beynəlxalq kodeks” standart layihələrinin tətbiqi və Milli Komitənin 2015-2017-ci illlər üçün fəaliyyət planı müzakirə edilib.