
“Dünya bazarlarında neftin qiymətinin düşməsinin dövlət büdcəsinə birbaşa təsiri 15 faiz, yaxud 2,2 mlrd. manatdır”.
Bu barədə millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Millət vəkili qeyd edib ki, əgər neftin qiyməti 10 faiz aşağı düşərsə bunun büdcəyə təsiri 240-250 mln. manat olur: “Neftin qiymətinin 30 faiz ucuzlaşması büdcəyə 750-800 mln. manat təsir deməkdir. Bu Azərbaycan üçün problem deyil”. O, həmçinin qeyd edib ki, dövlət büdcəsinə yenidən baxıla bilər. Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşması sosial layihələrə təsir etməyəcək: “Sosial layihələrdə dəyişiklik gözlənilmir. Lakin bu ilin büdcəsində investisiya layihələri üçün nəzərdə tutulan 7 mlrd. manatın 2 mlrd. manatından hökumət imtina edib. Bura nəqliyyat və digər investisiya xərcləri daxildir”.
Nemət