
Akvalanqçılar Aralıq dənizinin İsrailin sahilləri yaxınlığında qızıl pullarla dolu dəfinə aşkar ediblər.
Teleqraf.com BBC telekanalına istinadla xəbər verir ki, dayvinq-klubun üzvlərinin tapdığı dəfinədə min ildən çox yaşı olan 2000-ə yaxın qızıl pul olub.
Dəfinəni aşkarlayan akvalanqçılar əvvəlcə onu dəyərsiz hesab etsələr də, sonradan tapıntının əhəmiyyətini anlayıblar.İsrailin antik idarəsi dəfinənin “qiymətli olduğu qədər də əhəmiyyətli” olduğunu deyib.