Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin fevral ayında respublikanın şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 20-də vergilər naziri Fazil Məmmədov Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: İsmət Qayıbov küçəsi, ev 15) Hacıqabul, Şirvan, Saatlı və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin analitik-informasiya xidmətindən Teelqraf.com-a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 5 saylı Ərazi Vergilər İdarəsi, Hacıqabul vergi ödəyicilərinə xidmət mərkəzi, Saatlı vergi ödəyicilərinə xidmət mərkəzi və Neftçala vergi ödəyicilərinə xidmət mərkəzi vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Naibə QURBANOVA