
Rusiya energetika naziri Aleksandr Novak Venesuela və Ekvadorun XİN rəhbərləri və neft nazirləri ilə dünya bazarında neftin qiyməti ilə bağlı yaranmış vəziyyətin stabilləşdirilməsi imkanını müzakirə ediblər.
Teleqraf.com-un “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə qurumun müvafiq açıqlamasında qeyd olunur.
“Görüş zamanı söhbət energetikanın müxtəlif sahələrində əməkdaşlıq barədə gedib. Həmçinin dünya bazarında neftin qiyməti ilə bağlı yaranmış vəziyyət və onun stabilləşdirilməsinin mümkün vasitələri müzakirə olunub”, deyə Moskvada keçirilmiş görüşün nəticələrinə dair açıqlamada bildirilib.
Tərəflər əməkdaşlığın müsbət xarakterini vurğulayıblar və işgüzar əlaqələrin möhkəmləndirilməsinə ümidvar olduqlarını ifadə ediblər.