Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, 2014-cü ildə respublikada 239 hüquqi və fiziki şəxs üçün balıq ovuna verilmiş 1295,2 ton kvotaya qarşı 880,6 ton balıq ovlanıb.

Bu, 2013-cü illə müqayisədə 11 faiz çoxdur. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, ovlanmış balığın 247 tonunu siyənək, 164 tonunu kilkə, 162 tonunu kütüm, 157 tonunu kefal, 52 tonunu külmə, 46 tonunu çapaq balıqları, qalanını isə digər balıq növləri təşkil edib.

Ötən il kvotanın alınması üçün balıqçılar tərəfindən 39,5 min manat ödənilib.