Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonra yığmadan göndərilib.
Xatırladaq ki, Montella 2023-cü ildən Türkiyə millisinin baş məşqçisi olub.
52 yaşlı baş məşqçiyə öz istəyi ilə heç bir təzminat ödənilməyəcək.
Qeyd edək ki, Montellanın postundan ayrılacağı təqdirdə, tanınmış türkiyəli mütəxəssis Arda Turanın yığmanın sükanı arxasına keçəcəyi bildirilir.