BAKI, 7 oktyabr. TELEQRAF

Fransa basketbolunun və Avroliqanın son illərdəki uğurlu komandalarından olan “Monako” müflis olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb.

Fransa klubu Avropa Liqasında 5 mövsüm iştirak edib. “Monako” 2021-ci ildə Avrokubokda çempion olaraq tarixində ilk Avropa titulunu qazanıb.

Qeyd edək ki, komanda ötən mövsüm də Avropa Liqasında mübarizə aparıb.