"Turan Tovuz"la yoldaşlıq oyunu üçün Bakıya gələn Türkiyənin "Fənərbağça" komandası Azərbaycanla bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisinin sosial şəbəkə hesablarında Azərbaycan və Türkiyənin bayraqları paylaşılıb.

Paylaşımda, həmçinin "Salam, qardaş, Can Azərbaycan!" sözləri yazılıb.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Turan Tovuz" - "Fənərbağça" matçı saat 20:00-da başlayacaq.