BAKI, 14 avqust. TELEQRAF
“Qarabağ”ın “Dinamo” Kiyev üzərində qələbəsi Azərbaycanın UEFA reytinqindəki əmsalının yüksəlməsinə səbəb olub.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisinin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda 2:0 hesablı qələbəsi ölkənin reytinqinə 0,500 əmsal əlavə edib.
Bununla Azərbaycanın ümumi göstəricisi 21,687-yə yüksəlib. Ölkə UEFA reytinqində 26-cı pillədə yer alır.
Sloveniya 22,718 əmsalla 25-ci, Slovakiya isə 20,500 əmsalla 27-ci sıradadır.
Reytinq cədvəlinə 101,852 əmsalla İngiltərə başçılıq edir.