BAKI, 5 iyul. TELEQRAF
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Teleqraf xəbər verir ki, növbəti oyun günündə Metlife stadionunda Braziliya və Norveç seçmələri qarşılaşacaqlar.
Həmçinin günün digər maraqlı görüşündə Meksika və İngiltərə komandaları üz-üzə gələcəklər.
DÇ-2026
1/8 final
6 iyul
00:00. Braziliya - Norveç
Baş hakim: İsmayıl Elfat (ABŞ).
Metlife stadionu
04:00. Meksika - İngiltərə
Baş hakim: Əlireza Fəqani (İran).
Estadio Banorte (Mexiko)
Xatırladaq ki, dünya çempionatı iyulun 19-da yekunlaşacaq.