BAKI, 5 iyul. TELEQRAF

Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatları tarixində üç fərqli mundialın pley-off mərhələsində ən azı üç qol vuran ilk futbolçu olub.

Teleqraf xəbər verir ki, Kilian Mbappe bu rekorda DÇ-2026-nın 1/8 finalında Paraqvay millisi ilə oyunda vurduğu qolla imza atıb.

Fransalı futbolçu görüşün 70-ci dəqiqəsində penaltidən fərqlənərək komandasına 1:0 hesablı qələbə qazandırıb. Bu, onun DÇ-2026-da 7-ci, turnirin pley-off mərhələsində isə 3-cü qolu olub.

Mbappe bundan əvvəl 1/16 finalda İsveç millisinə qarşı keçirilən oyunda dubla imza atmışdı.

Beləliklə, o, 2018, 2022 və 2026-cı il dünya çempionatlarının hər birinin pley-off mərhələsində ən azı üç qol vuran tarixdə ilk futbolçu kimi rekord müəyyənləşdirib.