BAKI, 3 iyul. TELEQRAF

Tunis milli komandasının səkkiz futbolçusunun 2026-cı il dünya çempionatı zamanı verdiyi dopinq testinin müsbət nəticə göstərdiyi iddia olunur.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, futbolçuların qan nümunələrində qadağan olunmuş klenbuterol maddəsi aşkarlanıb.

Bildirilir ki, buna komandanın Meksikadakı məşq bazasında istehlak etdiyi yerli ətin səbəb olmuş ola biləcəyi ehtimal edilir.

Məlumata əsasən, futbolçuların çıxış etdikləri klublar tapıntılar barədə məlumatlandırılıb. Bununla belə, onlara qarşı ciddi sanksiyaların tətbiq ediləcəyi ehtimalının aşağı olduğu qeyd olunur.