BAKI, 24 iyun. TELEQRAF

Fil Dişi Sahili millisinin Almaniya ilə dünya çempionatı matçında zədələnən Vilfrid Sinqonun son durumu bəlli olub.

Teleqraf xəbər verir ki, bu barədə Fil Dişi Sahili Futbol Federasiyası məlumat yayıb.

“Qalatasaray”ın futbolçusu artıq tibbi müayinələrdən keçib.

Tibb heyəti Sinqonun müalicəyə başlamazdan əvvəl tam sağalması üçün bir neçə gün istirahət edəcəyini bildirib.

Qeyd edək ki, Almaniya ilə matça ilk 11-likdə başlayan Sinqo bud əzələsindən zədələnib. Matçı davam etdirə bilməyən oyunçu meydandan çıxdıqdan sonra göz yaşlarını saxlaya bilməyib.