ABŞ millisi 2026-cı il dünya çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, D qrupunun II turunda ABŞ Avstraliya ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. ABŞ-nin qollarını 11-ci dəqiqədə Kameron Börqes öz qapısına, 43-cü dəqiqədə isə Aleks Frimen vurub.

Bu nəticədən sonra ardıcıl ikinci qələbəsini qazanan ABŞ xallarını 6-ya yüksəldib və pley-off mərhələsinə vəsiqəni təmin edib.

Avstraliya isə ikinci oyununda da məğlub olub.

00:02

***

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri fasiləyə üstün yollanıblar - 2:0.

Komanda birinci hissənin başa çatmasına az qalmış ikinci qolu vurub.

44-cü dəqiqədə Aleks Frimen ABŞ seçməsini fasiləyə 2:0 öndə yollayıb.

***
23:11

Futbol üzrə dünya çempionatında üz-üzə gələn ABŞ və Avstraliya oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri hesabı açıblar - 1:0.

11-ci dəqiqədə avstraliyalıların heyətində Kameron Börces avtoqol müəllifi olub.

***

23:00

2026-cı il futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti qarşılaşması start götürüb.

Teleqraf xəbər verir ki, ABŞ millisi Avstraliya yığması ilə üz-üzə gəlib.

Komandalar qrup mərhələsində vacib xal qazanmaq uğrunda mübarizə aparırlar.

Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.