BAKI, 19 iyun. TELEQRAF

Fil Dişi Sahili milli futbol komandasının hücumçusu Elie Vahi Kanadaya giriş üçün viza alıb və Dünya Kubokunun qrup mərhələsinin ikinci turunda Almaniyaya qarşı oyunda iştirak edə biləcək.

Teleqraf xəbər verir ki, bu barədə Fil Dişi Sahili milli futbol komandası Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oyunçunun Kanadaya daxil olması üçün tələb olunan icazələr artıq rəsmiləşdirilib.

“Federasiya inzibati vəziyyətin müsbət həll olunduğunu bildirir. Kanadaya daxil olmaq üçün lazımi icazələr alınıb. Nəticədə, futbolçu Kanadaya yollanaraq komanda yoldaşlarına qoşula və turnirdə iştirakını davam etdirə bilər”, – açıqlamada deyilir.