BAKI, 19 iyun. TELEQRAF

İtaliyanın “İnter” futbol klubu baş məşqçi Kristian Çivunun müqaviləsini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqaviləyə əsasən, 45 yaşlı rumıniyalı mütəxəssisin sözləşməsi 2028-ci ilə qədər qüvvədə olacaq.

Qeyd edək ki, K.Çivu 2025-ci ilin yayında “İnter”ə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda debüt mövsümündə İtaliya çempionluğunu və ölkə kubokunu qazanıb.