BAKI, 15 iyun. TELEQRAF

Portuqaliya millisi ildırım səbəbindən axşam məşqi və mətbuat konfransını buraxmaq məcburiyyətində qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Bildirilib ki, Portuqaliya millisinin təlim-məşq düşərgəsi ABŞ-nin Florida ştatının Palm Biç Qardens şəhərində yerləşir. Hava şəraitinin qəfil pisləşməsi səbəbindən Mateus Nunesin iştirak edəcəyi mətbuat konfransı, eləcə də sonradan keçirilməsi planlaşdırılan məşq ləğv edilib.