![](https://teleqraf.az/storage/2025/02/07/715x378/affa.png)
BAKI, 7 fevral. TELEQRAF
Futbol üzrə U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” - “Neftçi” oyununda baş verənlərlə bağlı AFFA məlumat yayıb.
Teleqraf qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”, - məlumatda deyilir.
Qeyd edək ki, görüşün 69-cu dəqiqəsində ev sahibi komandanın rəsmisi “ağ-qaralar”ın baş məşqçisi Asif Ələsgərovu başla vurub. Tərəflər sonra əlbəyaxa olublar. Nəticədə məşqçinin burnu sınıb. Matç "Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.