İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, o, sərbəst hərəkətlərdə həlledici mərhələyə vəsiqə qazanıb.

Dünən start götürən Dünya Kuboku mayın 26-da başa çatacaq.