"Milan" klubu futbolçuları daşıyan avtobusunu 150 min avroya satıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub maliyyə problemləri səbəbindən bu addımı atıb.

"Milan rəhbərliyi bu satış sayəsində illik 200 min avroya qənaət edəcəklərini yazıb.

Qeyd edək ki, 7 dəfə Çempionlar Liqasının qalibi olan "Milan" bir neçə mövsümdür avrokuboklara vəsiqə qazana bilmədiyi üçün maddi cəhətdən problemlər yaşayır.