Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" Polşanın "Rakuv" klubunu qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Matçın baş hakimi Sven Yablonski olacaq.

Xatırladaq ki, Polşada keçirilən ilk oyunda "Rakuv" 3:2 hesabı ilə "Qarabağ"ı məğlub etmişdi.