BAKI, 6 may. TELEQRAF

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Baş nazir Nikol Paşinyanın mayın 9-da Moskvada keçiriləcək Qələbə Günü Paradına dəvət olunub-olunmaması ilə bağlı sualı cavablandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərin sualına cavab olaraq bildirib.

“Bildiyim qədər bütün qardaş ölkələrin liderləri dəvət olunub”, - Kopırkin qeyd edib.

Paşinyanın dəvəti qəbul edib-etmədiyi soruşulduqda, səfir bu məsələ ilə bağlı məlumata malik olmadığını vurğulayıb.