BAKI, 25 aprel. TELEQRAF

"Mançester Siti" İngiltərə Kubokunun yarımfinalında "Sauthempton"u 2-1 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, qalib komandanın qollarını Ceremi Doku (83-cü dəqiqə) və Niko (87) vurub.

"Mançester Siti" finalda 26 apreldə oynanılacaq "Çelsi" və "Lids" matçının qalibi ilə qarşılaşacaq.