BAKI, 6 may. TELEQRAF
“İrana qarşı daha şiddətli və genişmiqyaslı hərbi əməliyyatlara qayıtmaq üçün yüksək hazırlıq vəziyyətindəyik”.
Teleqraf xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi polkovnik-leytenant Eyal Zamir deyib.
“İranda hücuma hazır olan daha bir sıra hədəflərimiz var. Uğurlarımızı genişləndirməyə və ayətullah rejimini daha da zəiflətməyə imkan verəcək şiddətli və genişmiqyaslı kampaniyaya qayıtmaq üçün yüksək hazırlıq vəziyyətindəyik.
Çoxşaxəli kampaniyada regional reallığı dəyişdirmək üçün tarixi fürsətimiz var”, - Baş Qərargah rəisi vurğulayıb.