Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi İspaniyanın üçüncü divizionunda çıxış edən "Cornella" klubunu satın alıb.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano özünün "X" sosial media səhifəsində məlumat verib.

Daha əvvəl portuqaliyalı hücumçu Kriştiano Ronaldonun İspaniya çempionatının ikinci divizionunda çıxış edən "Almeriya" futbol klubunun 25%-lik səhmlərinin sahibi olduğunu bildirmişdi.

38 yaşlı Messi səkkiz dəfə "Qızıl top"a sahib olub. Argentinalı futbolçu Avropada PSJ və "Barselona"da oynayıb, orada dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə FİFA Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu FİFA Dünya Kuboku çempionu (2022), Dünya Kubokunun ikinci yeri (2014), Olimpiya çempionu (2008) və iki dəfə Amerika Kubokunun qalibi olub. (2021, 2024).