BAKI, 19 aprel. TELEQRAF
Qadın voleybolçular arasında Azərbaycan Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, qızıl medal uğrunda final görüşündə "Turan" ilə "DH Volley" komandaları üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşma "Turan"ın 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Tovuz təmsilçisi mövsümü çempion kimi başa vurub.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının bürünc medalına "Gəncə" komandası sahib çıxıb.