BAKI, 6 may. TELEQRAF
Bakıda taksi sürücüsünün avtomobilinə müştəri qismində əyləşən şəxs onun mobil telefonunu oğurlayıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda isə kafelərin birindən müştəriyə məxsus 2 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Ağamuradov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.