BAKI, 6 may. TELEQRAF

ABŞ-nin neft ehtiyatları həftə ərzində 2,3 milyon barel azalaraq 1 may 2026-cı il tarixinə 457,2 milyon barelə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik mövcud ehtiyat səviyyəsinin beş illik orta səviyyədən 1% yüksək olduğunu açıqlayıb.