BAKI, 18 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXVIII tur davam edir.

Teleqraf xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 15:30-da Yevlax şəhər stadionunda keçiriləcək. Hazırda Yevlax təmsilçisi 11 xalla turnir cədvəlində sonuncu, Şamaxı klubu isə 32 xalla 8-ci pillədə qərarlaşıb.

Günün növbəti qarşılaşmasında isə "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq. Turun mərkəzi görüşünü Elçin Məsiyev idarə edəcək. "Sabah" hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır.

Azərbaycan Premyer Liqası

XXVIII tur

18 aprel

15:30. "Karvan-Yevlax" – "Şamaxı"
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu

19:30. "Qarabağ" – "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu