BAKI, 6 may. TELEQRAF

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezayi “Axios”un Tehran və Vaşinqtonun razılaşmaya yaxın olması ilə bağlı məlumatını “Amerikanın arzular siyahısı” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.

“Axios”un mətni reallıqdan daha çox Amerikanın arzular siyahısına bənzəyir”, - Rezayi bildirib.

Parlamentari ABŞ və müttəfiqləri güzəştə getməsələr, İranın sərt cavab verəcəyini iddia edib.

ISNA da “Axios”un məqaləsində yer alan bəzi iddiaların fərziyyə və vəziyyəti gərginləşdirmək cəhdi olduğunu yazıb.

ABŞ ilə danışıqlar üzrə İran nümayəndə heyətinin üzvü Məhəmməd Mərəndi də bu xəbəri təkzib etmişdi.

Amerika portal bundan əvvəl Vaşinqton və Tehranın silahlı münaqişəni bitirmək üzrə bir səhifəlik memorandum imzalamağa yaxın olduğunu iddia etmişdi. “Axios”un məlumatına görə, ABŞ İran bu təkliflərə 48 saat ərzində cavab verməsini gözləyir.