“Fənərbağça”da prezident seçkiləri öncəsi birlik çağırışı ilk nəticəsini verib.

Teleqraf "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, fövqəladə ümumi yığıncaqda prezidentliyə namizəd olan Barış Göktürk namizədliyini açıqlayan Aziz Yıldırımın “gəlin birləşək” təklifinə müsbət cavab verib.

Göktürk seçkidə Yıldırımı dəstəkləyəcəyini və prosesə heç bir şəxsi gözlənti olmadan qoşulacağını bildirib:

"Ümid edirəm ki, cənab Hakan Safi və digər potensial namizədlər də prosesə töhfə verəcək və seçkilərə birləşərək qatılacağıq. İctimaiyyətə bildirmək istəyirəm ki, bu prosesi qeyd-şərtsiz və heç bir şəxsi gözlənti olmadan dəstəkləyəcəyəm".

Bundan öncə namizədliyini açıqlayan Aziz Yıldırım Barış Göktürk, Hakan Safi, eləcə də digər mümkün namizədləri vahid siyahıda birləşməyə çağırmışdı.