BAKI, 6 may. TELEQRAF
16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, komanda Litvanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Görüş Binə stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Xatırladaq ki, U-16 mayın 8-də, eyni saatda Rumıniya, 11-də, saat 12:00-da isə Gürcüstanla üz-üzə gələcək.