"Neftçi" klubu kapitanı Emin Mahmudovla müqaviləsinin müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, "ağ-qaralar" bu barədə rəsmi tviter hesabında paylaşım edib.

Sözləşmənin müddəti və şərtləri ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən paytaxt təmsilçisində çıxış edir.