Bu gün ADP qərargahında Pənah Hüseynin sədrliyi və Daşqın Nuriyevin katibliyi ilə müxalifətin növbəti toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda, Azadlıq partiyası, Aydınlar partiyası, Ağ blok, AXP, ADP, Böyük Azərbaycan Partiyası, Demokrat Konqres Partiyası, KXCP, VİP, LDP “125-lər” bloku iştirak edib.
Toplantıda ölkənin ictimai-siyasi həyatını əks etdirən bir sıra məsələlər müzakirə obyekti olub.
Daha sonra, 28 aprel 2016-cı il saat 12:00–da BMM-də keçiriləcək dəyirmi masanın, “Rusiya işğalı və Qarabağ problemi” mövzu-layihəsi müzakirə olunub. Fikir mübadiləsi aparılıb. Pənah Hüseyn tərəfindən təqdim olunan layihə əlavə və dəyişiklərdən sonra əsas kimi qəbul olunub.
Nemət