BAKI, 25 iyul. TELEQRAF

İyulun 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 4 ton çəkidə 17782 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu istiqamətdə tədbirlər davam etdirilir.