Şuşa, 24 iyul. TELEQRAF

Şuşa–Xankəndi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hərəkətdə olan "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.