Xarici İşlər Nazirliyi iyunun 8-də Gürcüstanın işğal altında olan Cənubi Osetiya bölgəsində keçirilmiş “parlament seçkisi” ilə bağlı bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda Azərbaycanın işğal olunmuş Cənubi Osetiyada keçirilmiş parlament seçkilərini tanımadığı bəyan edilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Tsxinvali regionunda – Cənubi Osetiyada 8 iyun 2014-ci il tarixində keçirilmiş qondarma “parlament seçkilərini” tanımadığını bəyan edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır”.

Səxavət