BAKI, 24 iyun. TELEQRAF
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 42 yaşlı Təyyar Rüstəmov saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onun həyətyanı sahəsinə baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə T.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.