BAKI, 9 oktyabr. TELEQRAF

Ukraynanın Lvov şəhərində iki qatar toqquşub.

Teleqraf xəbər verir ki, hadisə oktyabrın 8-də axşam saatlarında baş verib.

Podzamçe stansiyasından yola düşən “Lvov-Sokal” marşrutu üzrə hərəkət edən dizel qatarının elektrovozla toqquşması nəticəsində birincinin maşinisti də daxil olmaqla 8 nəfər xəsarət alıb.

Qəzanın səbəbləri araşdırılır.