AĞDAŞ, 7 oktyabr. TELEQRAF

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Aşağı Zeynəddin kəndi yaxınlığında olub.

İki avtomobilin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan rayon sakinləri 1978-ci il təvəllüdlü Fezullayeva Məleykə Fazil qızı və 1960-cı il təvəllüdlü Novruzəliyev Vəli Rəhim oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.