BAKI, 10 oktyabr. TELEQRAF
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 9-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.