CƏLİLABAD, 24 noyabr. TELEQRAF
Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza rayonun Abdullu kəndində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-21099 və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin səbəbləri araşdırılır. Qəza ilə bağlı əlavə məlumat veriləcək.