AĞDAM, 2 oktyabr. TELEQRAF
Ağdamda 15 yaşlı qız itkin düşüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Səfərli kənd sakini, 2011-ci il təvəllüdlü S.Cabbarlı (şərti) bir nəfərlə birlikdə ailəsindən xəbərsiz evdən çıxıb.
Ailəsi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət ediblər.
Faktla bağlı araşdırma başlanılıb.