BƏRDƏ, 1 oktyabr. TELEQRAF

Bərdədə iki minik avtomobili toqquşub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Şahvəlilər kəndi ərazində baş verib. Hərəkətdə olan olan "KİA RİO" markalı avtomobil "VAZ 2106" markalı avtomobillə toqquşub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan İsaq Sadiqov, Elşad
Sadıqov, Samir Qasımov və Cavid Ərganov Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma başlanıb.